"Yuventus"da daha bir itki

16:35 15 Mart 2016

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarında "Bavariya" ilə matç öncəsi "Yuventus"da daha bir itki baş verib.

 

Sportarena.az xəbər verir ki, "qoca sinyora"nın hücumçusu Paulo Dibala bu gün komanda ilə birlikdə məşq etməyib. Futbolçunun dünən keçirilmiş məşqdə zədələndiyi bildirlir.  Bu səbəbdən futbolçunun "Bavariya" ilə matçda çıxış etməyəcək.

 

Qeyd edək ki, Dibaladan əlavə "Bavariya" ilə matçda Mario Mandzukiçin də forma geyinməyəcəyi gözlənilir.  


Digər xəbərlər

Xəbər xətti