Namiq Ələsgərov: "Kəpəz"ə keçməyim düşərli oldu"

17:13 15 Mart 2016

“Demək olar ki, bir ildən sonra yenidən yığmaya çağırıldım. Ötən ilin martın sonunda Malta ilə görüşdə millinin heyətində ağır zədə almışdım. Uzun müddət müalicə olundum. Bərpa prosesindən sonra məşqlərə başladım".


Sportarena.az xəbər verir ki, bu sözləri "Kəpəz"on futbolçusu Namiq Ələsgərov klubun rəsmi saytına açıqlamasında deyib.


Milliyə dəvət alması haqqında danışan futbolçu bunları bildirib:
"Qışda “Kəpəz”dən dəvət alıb bu komandaya keçdim. Gəncə klubuna keçməyim düşərli oldu, yenidən yığmanın məşqçilər korpusunun diqqətini cəlb etdim. Robert Prosineçki Gəncədə oyunumu izlədikdən sonra haqqımda xoş sözlər söyləmiş, belə davam edəcəyim təqdirdə yığmaya dəvət alacağımı bildirmişdi. Təbii ki, bunun üçün sevinirəm”.
 


Digər xəbərlər

Xəbər xətti