Mario Qomez "Beşiktaş"ın tarixinə düşdü

01:09 16 Mart 2016

Mario Qomez "Beşiktaş"ın tarixinə keçib.

 

Sportarena.az xəbər verir ki, Türkiyə Superliqasının XXV turunda "Trabzonspor"a 2:0 hesabı ilə qalib gələn "Beşiktaş"ın futbolçusu Mario Qomez vurduğu qolla "qartallar"ın tarixinə keçib. Belə ki, almaniyalı futbolçu bu gün vurduğu qolla cari mövsüm Türkiyə Superliqasında "Beşiktaş"ın heyətində 19-cu qolunu vurub. Bununla da Qomez, "Beşiktaş"ın tarixi boyunca bir mövsüm ərzində ən çox qol vuran xarici futbolçu kimi tarixə düşüb.


Xəbər xətti