"Fənərbağça" azarkeşlərindən təqdirəlayiq addım

17:10 16 Mart 2016

Türkiyənin "Fənərbağça" klubunun azarkeşləri futbol üzrə Super Liqada XXVI turun "Qalatasaray"la səfər görüşündə stadiona toplaşacaq futbolsevərləri bir olmağa çağırıb.

Sportarena.az report-a istinadən bildirir ki, müraciətdə bir neçə gün əvvəl paytaxt Ankarada baş vermiş terror hadisəsi ilə əlaqədar hər iki klub azarkeşlərinin derbini birgə izləməsi təklif olunub.

Terror hadisəsi zamanı hər kəsin birlik nümayiş etdirməsi, "Qalatasaray"ın futbolçusu Umut Bulutun atasının yad edilməsi və bunun üçün Türkiyə Futbol Federasiyasının qərar verməsi istənilib.

Qeyd edək ki, martın 20-də keçiriləcək "Qalatasaray" - "Fənərbağça" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Xəbər xətti