"Bavariya" "Yuventus"u məğlub etməklə rekord qırdı

12:34 17 Mart 2016

Dünən Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində "Yuventus"u 4:2 hesabı ilə məğlub edib 1/4 finala yüksələn "Bavariya" klubu  yeni rekord müəyyənləşdirib.

 

Sportarena.az xəbər verir ki, alman klubu Çempionlar Liqasında ardıcıl 7 oyun doğma meydanda qəbul etdiyi komandalara 3 və daha artıq qol vurmaqla rekorda imza atıb.

 

Qeyd edək ki, ilk oyun İtaliyada "Yuventus"la 2:2 hesablı bərabərə qalan "Bavariya", cavab oyununda rəqibini 4:2 hesabı ilə məğlub edərək 1/4 final mərhələsinə yüksəlib.


Xəbər xətti