Güləşçilərimiz Avropa çempionatına hazırlıqları davam etdirir

14:57 17 Mart 2016

29 mart - 3 aprel 2016-cı il tarixdə Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək.

 


Sportarena.az xəbər verir ki, yığma komandalarımız çempionata hazırlıqları Olimpiya Güləş Mərkəzində davam etdirir. Təlim-məşq toplanışında ümumilikdə 18 sərbəst, 27 yunan-Roma və 12 qadın güləşçi yer alıb. 

 

 

Çempionatın proqramına əsasən, 29-30 martda yunan-Roma, 31 mart - 1 apreldə qadın, 2-3 apreldə isə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək. 


Xəbər xətti