Hollandiya ilə matç üçün millimizin heyəti açıqlandı

15:05 17 Mart 2016

Futzal üzrə dünya çempionatının pley-off mərhələsində Hollandiya ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb. 

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mart ayının 22-i Hollandiyanın Almere şəhərində keçiriləcək matç üçün millimizin baş məşqçisi aşağda adları qeyd olunmuş 14 futzalçını çağırıb:

Rövşən Hüseynli, Emin Kürdov, Rizvan Fərzəliyev, Vitali Borisov, Ramiz Çovdarov, İsa Atayev, Amadeu Fernandes, Eduardo Mello, Auqusto Sesar, Fineo de Araujo, Namiq Məmmədkərimov, Rəcəb Fərəczadə, Xətai Bağırov və Rafael Durvaldır.


Qeyd edək ki, millilər arasındakı cavab oyunu isə 12 aprel tarixində keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti