Kapello İtaliya millisinin təklifini rədd etdi

00:39 18 Mart 2016

İtaliyalı mütəxəssis Fabio Kapello ölkəsinin yığmasını çalışdırmaqdan imtina edib.
Federasiya rəhbərliyi "Avro-2016"dan sonra komandadan ayrılacaq Antonio Konteni məhz Kapello ilə əvəzləməyi planlaşdırır.
Lakin 69 yaşlı mütəxəssis bundan sonra heç bir yığmada çalışmaq istəmədiyini bildirib: "Təbii ki, İtaliya millisindən təklif almağım mənim üçün böyük şərəfdir. Lakin artıq heç bir yığmada çalışmaq istəmirəm".
Qeyd edək ki, Kapello son olaraq 2012-2015-ci illərdə Rusiya millisini çalışdırıb.


Xəbər xətti