"Qəbələ"nin yeni rəsmi marşı - VİDEO

12:45 18 Mart 2016

“Qəbələ” İdman Klubunun rəmzləri sırasına futbol marşı da əlavə olunub.


Sportarena.az klubun saytına istinadən xəbər verir ki, komandanın rəsmi marşı yazılıb.

 

Klubun ilk belə marşının yazılması ötən ilin ikinci yarısına təsadüf edən 10 illik yubiley, həmçinin “Qəbələ”nin futbol meydanlarındakı uğurları ilə həmahəngləşib. Avrokuboklardakı ikinci mövsümündə Avropa Liqasının qrup mərhələsinə yüksələn, ölkə futbolunun liderlərindən birinə çevrilən, oyunu ilə azarkeşlərin ürəyinə yol tapan, tərəfdarlarından ibarət ordu formalaşdıran “Qəbələ”nin uğurları bu marşla biraz daha rənglənib və tarixiləşib.

 


Marşın ərsəyə gəlməsində digər diqqətçəkən məqam marşın fərqli sərhədlərdə yaşayan türk triosu tərəfindən hazırlanmasıdır. Azarkeşləri coşduracaq marşın sözləri qəbələli ziyalı, filologiya elmləri doktoru, professor Abid Tahirliyə məxsusdur. Musiqisinin müəllifinin türkiyəli bəstəkar Mehmet Cem Ünal olduğu marşı ölkəmizdə də sevilən Cənubi Azərbaycan musiqiçilərindən ibarət “Barış” qrupu ifa edir. Marşın klipi isə "Qəbələ" TV tərəfindən hazırlanıb.


Digər xəbərlər

Xəbər xətti