Bekhemin oğlu Mourinyonun qızı ilə sevgilidir

10:29 19 Mart 2016

İngiltərənin “Çelsi” futbol komandasının keçmiş baş məşqçisi Joze Mourinyonun qızı Matilda ilə eks futbolçu Devid Bekhemin oğlu Bruklinin sevgili olduğu iddia olunur.

 

Sportarena.az xəbər verir ki, onlar birlikdə gecə klublarından birindən çıxarkən görüntülənib. Cütlüyün arasında bir müddətdir ki, sevgi münasibətləri olduğu iddia olunur. Onlar isə bu iddia ilə bağlı heç bir şərh verməyib.

 

Qeyd edək ki, Bruklinin Matildadan 3 yaş kiçik olduğu bildirilir.

 


Xəbər xətti