İngiltərə klubu Gökhan Törəni 11 milyona alır

16:16 20 Mart 2016

"Beşiktaş"ın futbolçusu Gökhan Törə karyerasını "Vest Hem"də davam etdirəcək.

 

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Beşiktaş" klubu zədə səbəbi ilə bir müddət gözlərdən uzaq qalan futbolçunu 11 milyon avroya "Vest Hem"ə satıb. Bu barədə rəsmi məlumat açıqlanmasa da, transferin may ayında ictimaiyyətə bildiriləcəyi gözlənilir. 


Qeyd edək ki, qış transfer pəncərəsi dövründə İngiltərə klubu "Beşiktaş"a təklif göndərsə də, "qartallar" bu təklifi rədd etmişdilər.


Digər xəbərlər

Xəbər xətti