Azad Rəhimov "3-cü İdman İctimaiyyəti Mükafatı" üçün Dubayda

18:15 22 Mart 2016

Gənclər və idman naziri Azad Rəhimov sabah keçiriləcək “3-cü İdman İctimaiyyəti Mükafatı”nın (Sport İndustry Awards) təqdimat mərasimində iştirak etmək üçün Dubaya gedib. 

 

Sportarena.az xəbər verir ki, 3-cü dəfə keçirilən ali idman tədbiri mükafatı 14 kateqoriya üzrə son 1 ildə idmanın inkişafında xüsusi xidmətləri olan ölkələrə  təqdim olunur.
 


Tədbirdə A. Rəhimovun Azərbaycan idmanında görülən işlərlə bağlı çıxışı nəzərdə tutulub. Nazir ölkəmizdə keçirilmiş I Avropa Oyunları, “Formula-1” Avropa Qrand Prisi, Şahmat Olimpiadasının, 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə isə UEFA Futbol üzrə Avropa çempionatının 3 qrup və 1 yarımfinal oyunlarının Bakıda keçiriləcəyi haqda tədbir iştirakçılarına məlumat verəcək.


Qeyd edək ki, “3-cü İdman İctimaiyyəti Mükafatı” uğrunda mübarizədə bu il Bəhreyn, Küveyt, Oman, Səudiyyə Ərəbistanı, İordaniya, Livan və Birləşmiş Ərəb Əmirliklərindən 196 müraciət olub.(APA)


Digər xəbərlər

Xəbər xətti