Benzemanın millidəki taleyinə nə zaman aydınlıq gələcək?

17:20 23 Mart 2016

"Real"ın forvardı Kərim Benzemanın Fransa yığmasındakı taleyinə aprelin 15-də aydınlıq gələcək.

 

Sportarena.az xəbər verir ki, Fransa Futbol Federasiyası forvardın Avropa çempionatında oynayıb-oynamayacağına qərar verəcək.


Benzema Fransanın Hollandiya və Rusiya ilə yoldaşlıq oyunlarına dəvət almayıb.


Qeyd edək ki, 28 yaşlı forvard dekabr ayında Matye Valbuenanın şantaj işində şübhəli bilindiyindən sonra millidən kənarlaşdırılmışdı.


Xəbər xətti