Almaniya millisinin heyətində 3 futbolçu zədələndi

18:13 23 Mart 2016

"Mançester Yunayted"in yarımmüdafiəçisi Bastian Şvanştager Almaniya millisinin heyətində məşq zamanı zədələnib.

Sportarena.az Almaniya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu dünən məşq zamanı dizindən zədələnib. Zədə səbəbi ilə millinin düşərgəsindən ayrılan Şvanştager tibbi müayinədən keçmək üçün Münhen şəhərinə yollanıb.

Qeyd edək ki, Almaniya millisinin digər iki oyunçusu Məsut Özil və Kərim Bellarbi də bu gün məşqə çıxmayıb. Buna səbəb futbolçuların dünən keçirdikləri məşq zamanı yüngül xəsarət almasıdır.

Digər xəbərlər

Xəbər xətti