"Yuventus"un futbolçusu Argentina millisinin düşərgəsini tərk etdi

21:44 23 Mart 2016

"Yuventus"un yarımmüdafiəçisi Paulo Dibala "Torino" ilə keçirilən matçda (1:4) aldığı zədə səbəbi ilə milli komandasına kömək edə bilməyəcək.

 

Sportarena.az xəbər verir ki, futbolçu Argentina millisinin toplanışında iştirak etsə də yenidən İtaliyaya geri dönüb. Buna səbəb isə futbolçunun zədəsinin bərpa olunmamasıdır.


Qeyd edək ki, Argentina millisi sabah Çili, martın 29-u isə Boliviya millisi ilə qarşılaşacaq.


Xəbər xətti