"Messidən xoşum gəlmirdi..."

22:53 23 Mart 2016

İspaniya La Liqasının 30-cu turu çərçivəsində baş tutan “Vilyareal”-“Barselona” qarşılaşmasının 15-ci dəqiqəsində Messini vurduğu top qapının üstündə keçərək tribunalara doğru istiqamətlənmişdi. Xəbər verdiyimiz kimi bu sərt zərbə tribunada oturan Raquel adlı xanıma tuş gəlmiş və biləyinin sınmasına səbəb olmuşdu.

Katalon radiosuna verdiyi müsahibədə Raquel bildirib ki, “Mən Madridliyəm. Messidən onsuzda xoşum gəlmirdi, indi heç xoşum gəlmir. Topun üstümə gəldiyini görürdüm, özümü zərbədən qorumaq üçün reaksiya göstərərək əlimi topun qabağına verdim və biləyim sındı”.

Baş verəndə hadisədən dərhal sonra isə “Barselona” rəhbərliyi Raquelə hər cür yardımı göstərəcəklərini bildirmiş və üzrxahlıq əlaməti olaraq ona  bu həftə baş tutacaq “El-Klassiko”nu izləməyə dəvət edəcəklərini bildirmişdi.

Raquel bu barədə deyib ki, “Bildiyim qədərilə mənə “El-Klassiko”nu izləmək üçün bilet verəcəklər. Bu fürsəti dəyərləndirəcəm və "Nou Kamp"a gələrək həmin oyunda “Real” Madridə azarkeşlik edəcəm.”


Digər xəbərlər

Xəbər xətti