Yığmamız İstanbula gedir

23:51 24 Mart 2016

Karate üzrə milli komandamızın üzvləri İstanbulda ənənəvi "Boğaziçi Açık" karate turnirində iştirak edəcəklər. Mayın əvvəlində Fransada Avropa çempionatına hazırlaşan böyüklərdən Tural Ələkbərli və Elvin Əhmədli (-60 kq), Niyazi Əliyev, Rafiz Həsənov və Tural Ağalarzadə (-67 kq), Samir Məmmədov (-75 kq), Ayxan Mamayev və Pənah Abdullayev (-84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərov (+84 kq), qadınlardan isə Nuranə Əliyeva (-50 kq), Fəridə Abiyeva (-61 kq) və Fəridə Əliyeva (+68 kq), həmçinin yeniyetmələr komandasının üzvü Renata Ərəblidən (-54 kq) ibarət 16 nəfərlik heyət qarşıdakı turnirdə tatamiyə çıxacaq.
Federasiyanın vitse-prezidenti Yusif Məmmədovun rəhbərliyi ilə Türkiyəyə yollanan heyətdə beynəlxalq hakim Anar Allahverdiyevlə gənclərin böyük məşqçisi Şahin Xudaverdiyev də var.
Aslı Çakır Alptekin Atletizm Salonunda 29-cu dəfə keçirilən nüfuzlu yarışda uşaqlar, yeniyetmələr, gənclər və veteran karateçilər mübarizə aparacaqlar. Turnirin ümumi mükafat fondu 82 000 dollardı. 109-u fərdi, 26-sı isə komanda yarışlarında olmaqla 135 medal sahibini tapacaq. "Boğaziçi Açık" karate turnirinə 25 ölkədən 690 karateçi qatılacaq. Yarış 26-27 mart tarixlərində keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti