Yaşar Vahabzadə: "Nəticəni qənaətbəxş sayıram"

23:26 24 Mart 2016

“Çətin oyun olacağını bilirdik. Bakıdakı nəticədən sonra rəqibimiz üçün bu qarşılaşmanın prinsipiallığının daha da artdığını düşünürdük. Bir məqam da xüsusi vurğulanmalıdır ki, Rusiya yığmasında məşqçi dəyişikliyi olub və bu, bizim işimizi bir qədər də çətinləşdirirdi".

Sportarena.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Yaşar Vahabzadə "Avro-2017"nin seçmə mərhələsində Rusiya ilə oyundan (2:2) sonra deyib.

O, heç-heçəni qənaətbəxş nəticə hesab edib:

"Təbii ki, güclü rəqiblə səfər oyununda heç-heçə etdiyimiz üçün sevinirik. Nəticəni qənaətbəxş sayıram”.


Xəbər xətti