"Qalatasaray"ın futbolçusu milli komandada ciddi zədələndi

10:29 25 Mart 2016

Dünən yoldaşlıq oyunu çərçivəsində İsveçi milli komandasını 2:1 hesabı ilə məğlub edən Türkiyə yığmasının heyətində ciddi zədələnmə baş verib.

 


Sportarena.az xəbər verir ki, "Qalatasaray"ın və milli komandanın müdafiəçisi Hakan Balta zıdılınərək əvəzlənib.

 

Topuğunun burxulduğu bildirilən futbolçunun nə qədər vaxta sıradan çıxdığı tibbi müayinədən keçdikdən sonra məlum olacaq.


Xəbər xətti