4 futbolçu Türkiyə millisinin heyətindən uzaqlaşdırıldı

17:34 25 Mart 2016

Türkiyə milli komandası Avstriya yığması ilə matçöncəsi 4 oyunçunu əsas heyətdən kənarlaşdırdı.

 

Sportarena.az xəbər verir ki, dünən İsveç millisinə qarşı keçirilən matçda (2:1) zədələnən Burak Yılmaz, Onur Kıvrak, Sərdar Əziz və topuğu burxulan Hakan Balta yığma komandanın heyətindən uzaqlaşdırılıb. 


Futbolçular müalicə almaq üçün klublarının düşərgəsinə yollanıblar. 

 

Qeyd edək ki, Türkiyə yığma komandasının Avstriya millisi ilə qarşılaşması mart ayının 29-u keçiriləcək.


Xəbər xətti