Luis Suares: "Hamburgerin pulunu Neymarla yarıbayarı verəcəyik"

14:33 27 Mart 2016

Uruqvay millisi və "Barselona"nın ulduzu futbolçusu Luis Suares öz komanda yoldaşı,  braziliyalı Neymarla hamburger mərcləşməsi haqqında danışıb.

 

Sportarena.az xəbər verir ki, matçdan öncə hər iki futbolçu öz aralardına mərcləşmişdilər. Məğlub olan komandanın futbolçusu rəqib komandanın oyunçusuna hamburger alacaqdı. Lakin oyun 2:2 hesablı bərabərliklə başa çatdı.

 

Bu maraqlı mərcləşmə barədə açıqlama verən Uruqvay millisinin futbolçusu Luis Suares bunları deyib:
 

"Heç kim qalib gəlmədiyindən biz Neymarla hamburgerin pulunu yarıbayarı verəcəyik. Birlikdə isə yeyəcəyik.

 
Milli komandada oynamadığım müddətdə mənə dəstək verənlərin hamısına təşəkkürümü bildirmək istəyirəm.Braziliya ilə oyunda qazandığımız 1 xal çox əhəmiyyətli ola bilər", – deyə Suares qeyd edib.


Xəbər xətti