Millimizin oyunçusu "fərqləndi", komandası məğlub oldu

17:17 27 Mart 2016

İspaniya Sequnda divizionunda XXXI turun oyunları keçirilir.
 


Sportarena.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi "Kordobo" klubu doğma meydan "Alaves"i qəbul edib - (1:2).


Əsas heyətdə meydana çıxan Eddi matçın 76-cı dəqiqəsinə qədər meydanda olub. Futbolçu matçın 8-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.

 

Qeyd edək ki, 31 turdan sonra "Kordobo" klubu 47 xalla 5-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti