"Fənərbaxça" Ben Arfa üçün hərəkətə keçdi

19:31 27 Mart 2016

Dieqo Ribasın göstərdiyi oyundan razı qalmayan "Fənərbaxça" klubu futbolçunun mövqeyinə yeni oyunçu axtarışına başlayıb.

 

Sportarena.az xəbər verir ki, klub Fransa Liqa !-də çıxış edən "Nice"ın futbolçusu Ben Arfa ilə təmasa keçib. "Fənərbaxça" klubunun futbolçu ilə ilkin razılığa gəldiyi də bildirilir. 


Qeyd edək ki, mövsüm sonunda "Nice" klubu ilə müqaviləsi başa çatacaq futbolçunun adı daha öncə "Beşiktaş"la hallanırdı.


Xəbər xətti