Fatih Terim "Qalatasaray"a qayıda bilər

22:07 27 Mart 2016

"Önümüzdəki mövsüm "Qalatasaray"ın başında Fatih Terimi görsək, mənim üçün heç bir sürpriz olmaz"
"Qalatasaray"ın keçmiş futbolçusu və futbol şərhçisi Hakan Ünsal, qatıldığı televiziya proqramında çox ciddi bir iddia ortaya atıb.

Hakan Ünsal, gələcək mövsüm Fatih Terimin "Qalatasaray"ın başına gəlməsinin sürpriz olmayacağını deyib.

Hakan Ünsal, "Önümüzdəki mövsüm "Qalatasaray"ın başında Fatih Terimi görsək, mənim üçün heç bir sürpriz olmaz. Terimin nə qədər "Qalatasaray"lı olduğunu hamımız bilirik. Mənə görə Avropa Çempionatından sonra bu iş bitəcək"deyərək iddiasının nə qədər ciddi olduğunu ortaya qoyarkən, "Qalatasaray"lı azarkeşlər bu məlumatın gərçək olmasını arzu edirlər. 


Xəbər xətti