“Zirvə”dən tarixi uğur: komanda final mərhələsində!

12:55 28 Mart 2016

AFFA-nın bayrağı altında keçirilən futbol üzrə aşağı yaş qrupları arasında birinciliklərdə iştirak edən "Zirvə" idman klubunun komandalarının uğurlu çıxışı davam edir.

Sportarena.az xəbər verir ki, artıq bir kollektiv final mərhələsinə vəsiqə qazanıb.

Yaşı 10-a qədər olan futbolçulardan ibarət komanda Cənub regionu üzrə Lənkəran və Cəlilabad şəhərlərində keçirilən pley-off yarışlarında çıxış edib. “Lənkəran-Zirvə”çilərin rəqibi “Neftçala UGİM” klubu olub. "Zirvə"çilər 3:0 hesabı ilə inamlı qələbə qazanaraq böyük uğura imza atıblar. Komanda Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

 


Digər xəbərlər

Xəbər xətti