Qurban Qurbanov və daha iki məşqçimiz dünya reytinqində irəlilədi

13:30 28 Mart 2016

Dünyanın ən yaxşı baş məşqçilərinin növbəti reytinqi açıqlanıb.
 
Sportarena.az xəbər verir ki, "World Coach Ranking"in açıqladığı siyahıda Azərbaycandan üç məşqçi yer alıb.


 
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fevralla müqayisədə martda 6 pillə irəliləyib. Təcrübəli mütəxəssis 475-ci yerdən 469-a yüksəlib. Onun hesabında 1238 xal var.
 


"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk da mövqeyini dəyişib. Aktivində 937 xal olan ukraynalı mütəxəssis, 580-dən 578-ə qalxıb.
 


"İnter"in məşqçisi Roman Cəfərov 256 xalla 1011-ci pilləni 1007-yə dəyişib.
 


Qeyd edək ki, siyahıda ilk pilləsində  dəyişiklik baş verməyib. "Barselona"nın çalışdırıcısı Luis Enrike (20596 xal) birinci, "Sevilya"dan Unay Emeri (13768 xal) ikinci, "Bavariya"dan Xosep Qvardiola (13364 xal) üçüncüdür.


Digər xəbərlər

Xəbər xətti