"Zirvə"nin açıq birinciliyi keçirilib

14:12 28 Mart 2016

AAAF Park Yaşayış Kompleksinin yarış zalında “Zirvə” Beynəlxalq İdman Klubunun cüdo üzrə açıq birinciliyi keçirilib. 

 

Sportarena.az xəbər verir ki, turnirdə ölkənin ən güclü klublarının idmançıları medal mübarizəsi aparıblar. 9 çəki dərəcəsində qalib və mükafatçılar müəyyən edilib.


Birincilik 2002-03-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilib. Azərbaycanın ən güclü cüdoçularının toplaşdığı “Neftçi”, “Atilla”, “Pəhləvan”, həmçinin Sumqayıtın “Nəqşicahan” və IOEUGIM, “Təhsil” kimi klublarla başabaş mübarizə aparan “Zirvə”çilər tatami üzərində gözəl mübarizə nümayiş etdirdiblər.


Klubun 10 illik yubileyinə həsr olunmuş bu yarışın keçirilməsində məqsəd cüdo idman növünün bölgələrdə təbliği və inkişafı, klubun güclü cüdoçularının müəyyən edilməsi, idmançıların idman ustalığının artırılması və təkmilləşdirilməsi, Respublika birinciliyi və çempionatında iştirak edəcək klubun yığma komandasının komplektləşdirilməsi olub.


Digər xəbərlər

Xəbər xətti