Daha bir futbolçu xərçəng xəstəliyi səbəbi ilə dünyasını dəyişdi

15:10 28 Mart 2016

Uqanda millisinin qolkiperi Abel Dhaira vəfat edib.

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı qolkiper dünən xərçəng səbəbi ilə dünyasını dəyişib. 

İslandiya Premyer Liqasında çıxış edən "Vestmanneyar" komandasının şərəfini qoruyan futbolçuda bir neçə ay öncə xərçəng olduğu aşkarlanıb.

Bu müddət ərzində edilən bütün müalicələrə baxmayaraq futbolçu bazar günü vəfat edib.

 

Qeyd edək ki, sabah Burakino Faso millisi ilə qarşılaşmada Uqanda yığması, futbolçunun xatirəsini bir dəqiqəlik sükutla yad edəcək.


Xəbər xətti