"Barselona"ya qol vuran "Xəzər Lənkəran"ın sabiq futbolçusu karyerasını bərpa etdi

18:54 28 Mart 2016

"Beşiktaş" və "Xəzər Lənkəran"ın sabiq futbolçusu Ahmet Dursun İstanbul II həvəskar liqası klubu olan "Böyükdərəspor" komandası ilə müqavilə imzalayıb.

 


Sportarena.az xəbər verir ki, 2009/10-cu illərdə "Xəzər Lənkəran" klubunun heyətində çıxış edən futbolçunun son klubu 2014-cü ildə, "Eylülspor" komandası olub.

 

Futbolçu karyerasını bitirməsi ilə bağlı açıqlama versə də, dostu Evrən Tuhanın təkidi ilə yenidən yaşıl meydana geri dönüb. 

 

Xatırladaq ki, 38yaşlı  futbolçu "Beşiktaş"da çıxış etdiyi vaxta, "Barselona" klubu ilə qarşılaşmada (3:0) Kataloniya komandasının qapısından 2 top keçirmişdi.


Qeyd edək ki, 2009/10-cu illərdə "Xəzər Lənkəran"da çıxış edən futbolçu çıxdığı 10 matçda 5 qol vurmuşdur.


Digər xəbərlər

Xəbər xətti