Fransa - Rusiya matçında stadionu snayperlər qoruyacaq

23:09 28 Mart 2016

Sabah keçiriləcək Fransa - Rusiya matçının keçiriləcəyi stadionun ətrafında snayperlər olacaq.

 


Sportarena.az xəbər verir ki, qarşılaşmanın keçiriləcəyi "Stad de Frans" stadionunda 400 polis əməkdaşı yerləşdiriləcək. 


Fransa höküməti baş verə biləcək terror aktları ehtimalı səbəbi ilə bu yollara əl atıb.

 

Qeyd edək ki, daha öncə Brüsseldə baş vermiş terror aktı səbəbi ilə Belçika - Portuqaliya matçı təxirə salınmış və oyunun Portuqaliyada keçirilməsi barəsində ölkələr arasında razılıq əldə olunmuşdu.


Digər xəbərlər

Xəbər xətti