Dünya və Avropa çempionatına vəsiqə qazandıracaq turnir bu gün start götürəcək

14:10 29 Mart 2016

Bu gün  Respublika Şahmat Mərkəzində  14-16-18 yaşlı yeniyetmələr arasında Azərbaycan çempionatı start götürür.

 


Sportarena.az xəbər verir ki, yarış FİDE qaydalarına əsasən və  bütün yaş qruplarında oyunlar dairəvi sistem üzrə keçiriləcəkdir. Hər yaş qrupunda 12 şahmatçı mübarizə aparacaq,yalnız 18 yaşadək yeniyetmələrin çempionatında 9 zəka sahibi (5 oğlan və 4 qız) yarışacaq.

 

Çempionatda  bütün yaş qrupları üzrə I yeri tutan şahmatçılar Dünya Çempionatına, II yerin sahibləri isə Avropa Çempionatına vəsiqə əldə edəcəklər. Eyni zamanda qaliblər Respublika Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunacaqlar.


Digər xəbərlər

Xəbər xətti