Kikboksçumuz erməni idmançısını məğlub etdi

00:29 30 Mart 2016

25-27 mart 2016 - ci il tarixlərində Gürcüstan Respublikasının Marneuli şəhərində kikboksinq üzrə beynəlxalq turnir keçirilib. Turnirdə Azərbaycan Kikboksinq Federasiyasının üzvü, ”Qızıl Əlcək” İdman Klubunun idmançısı Natiq Kazımov finalda erməni idmançısı Levan Davidiyanı peşəkar döyüşdə məğlub edərək qızı medala layiq görülüb. Xatırladaq ki,həmin yarışda Azərbaycan Kikboksinq Federasiyasının üzvləri Nihat 39 kq,Balayev Fərid 51 kq,Qəribov Fərid67 kq,Nəcəfzadə ilkin81 kq, Kazımov Natiq 60 kq, qızıl, Xəlilov Şakir 54, Əliyev Rəhim 75 kq gümüş medala layiq görülüblər.


Xəbər xətti