AÇ-2016: ikinci gün daha 4 yunan-Roma güləşçimiz yarışır

11:03 30 Mart 2016

Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. 

Güləşçilərimiz ilk yarış gününü 1 gümüş və 2 bürünc medalla başa vurub. Murad Məmmədov (59 kq) gümüş, Ruhin Mikayılov (71 kq) və Elton Vəzirzadə (80 kq) bürünc medala sahib olub. 

İkinci yarış günündə 66, 75, 85 və 130 kq çəkidə yunan-Roma güləşçiləri yarışacaq.

66 kq
1/8 final - Elman Muxtarov - Pal Eirik Gundersen (NOR)

75 kq
1/16 final - David Piotr Klimek (POL) - Şəmistan Quluzadə

85 kq
1/8 final - İslam Abbasov - Şalva Kaçidze (GEO)

130 kq
1/8 final - Mantas Knystautas (LTU) - Oyan Nəzəriani

Proqrama əsasən, ilk görüşlər Bakı vaxtı ilə saat 10:00-da, final görüşləri saat 19:00-da başlayacaq. 

Yarışı canlı olaraq aşağıdakı linkdən izləmək mümkündür. 


Digər xəbərlər

Xəbər xətti