Almaniya millisi də Azərbaycana gəlir

12:31 30 Mart 2016

Bu ilin may ayında Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatına daha bir vəsiqənin sahibi müəyyənləşib.

Sportarena.az xəbər verir ki, 4-cü qrupda  Hollandiyaya 1:0 hesabı ilə qalib gələn Almaniya millisi 7 xalla qrup lideri olub. Bununla da almanlar Bakıda keçiriləcək qitə birinciliyinə vəsiqə qazanıb.

Beləliklə, Avropa çempionatının 16 iştirakçısından doqquzunun adına aydınlıq gəlib. Daha öncə Ukrayna, İngiltərə, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Portuqaliya, İsveç və Belçika , eləcə də təşkilatçı Azərbaycan milliləri də bu hüquqa yiyələnib.


Xəbər xətti