"Neftçi"dən ardıcıl böyükhesablı qələbələr

13:22 30 Mart 2016

"Neftçi” PFK-nın U-15 komandası Boulevard Hotel U-15 liqasında ardıcıl ikinci böyükhesablı qələbəsini qazanıb. Bundan əvvəlki turda "Bakı”nın qapısından 8 cavabsız top keçirmiş komandamız bu dəfə "Neftçi” İK İB-ni 6:1 hesabı ilə məğlub edib. Siyəzəndə baş tutmuş görüşdə Turan Əhmədov və Nicat Musayev "dubl”a imza atıblar. Valeh Qəhrəmanlı və Vüsal Məmmədov isə hərəyə bir dəfə fərqləniblər.

Qeyd edək ki, 30 oyundan 72 xal toplayan U-15 komandamız 4-cü pillədə qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti