AFFA Könüllülük proqramına start verdi

18:08 30 Mart 2016

Mayın 5-dən 21-dək Bakıda keçiriləcək UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016 üçün könüllü cəlb olunması prosesinə start verilib. AFFA öz ənənəsinə sadiq qalaraq bu mötəbər yarışda da könüllülərin əvəzsiz xidmətindən yararlanacaq.

Turnir zamanı 800 könüllünün cəlb edilməsi nəzərdə tutulub. Könüllülərin fəaliyyət sahələrinə biletlərin yoxlanılması, media, protokol, marketinq, akkreditasiya, qonaqpərvərlik, tibb, nəqliyyat, könüllülərin idarəedilməsi aiddir.

Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər bir şəxs http://www.affa.az/index.php/ctimaiyyt/knlllr/knll-ol/2508 linkinə keçid edərək qeydiyyat formasını doldura bilərlər. Qeydiyyatdan keçmiş hər bir şəxs aprel ayında müsahibəyə dəvət ediləcək.

AÇ-də könüllü kimi iştiraka qəbul ediləcək gənclərin daha da hazırlıqlı və məlumatlı olması üçün çempionatdan öncə stadionlarda təlimlər keçiriləcək.

AÇ-nin yerli və xarici şəxslərdən formalaşacaq 800 nəfərlik könüllü komandasına qoşulmaq üçün ərizə qəbulunun son tarixi 2016-cı il martın 30-dur. Könüllü uniforması, yeni dostlar, bilik, bacarıq və beynəlxalq təcrübə əldə etmək istəyən hər bir şəxs proqrama qoşulmağa dəvət edilir.

Qeydiyyatla bağlı suallar yaranarsa, [email protected] email ünvanına göndərmək mümkündür. 

 


Digər xəbərlər

Xəbər xətti