Qadın güləşçilərimiz mübarizəyə başlayır

11:30 31 Mart 2016

Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. 


Sportarena.az xəbər verir ki, yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz 1 gümüş və 2 bürünc medal qazanıb. Murad Məmmədov (59 kq) gümüş, Ruhin Mikayılov (71 kq) və Elton Vəzirzadə (80 kq) bürünc medala sahib olub. 

 

Çempionatın üçüncü günü qadın güləşçilər mübarizəyə başlayacaq. Bu gün 48, 55, 60 və 69 kq çəki dərəcələrində qadınlar xalça üzərinə çıxır. 

 

Qeyd edək ki, bu gün keçiriləcək görüşlərdə komandamız dörd güləşçi - 48 kiloqramda Anna Pavliv, 55 kiloqramda Almaz İsmayılova, 60 kiloqramda Tatyana Omelçenko və 69 kiloqramda Elis Manolova ilə təmsil olunacaq.


Digər xəbərlər

Xəbər xətti