AFFA-nın İcraiyyə Komitəsinin üzvü vəfat etdi

10:41 31 Mart 2016

Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. 
 

 

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Mirkamil Rəhimov vəfat edib. 

 

AFFA-nın rəhbərliyi ölkə futbol ictimaiyyəti adından Mirkamil Rəhimovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
 

 

Mirkamil Rəhimov1956-cı il iyunun 18-də Bakı şəhərində anadan olub.

1970-ci ildən başlayaraq idmanın sərbəst güləş növü ilə yaxından məşğul olub və idman ustalığına namizəd normasını yerinə yetirib. 1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun pedaqoji fakültəsinə daxil olub və institutda ictimai əsaslarla qrup Komsomol katibi vəzifəsini yerinə yetirib.

 


1977-ci ildə institutu müvəffəqiyyətlə bitirdikdən sonra Rusiyanın Xabarovsk vilayətinin Svobodnıy şəhərində bir il yarım hərbi xidmət keçmişdir.
Hələ tələbəlik illərində Azərbaycan SSRİ Avtomobil Nazirliyinin 2708 №-li avtomobil dəstəsində istehsalat gimnastikası üzrə təlimatçı vəzifəsində əmək fəaliyyətinə başlayıb. Ordu sıralarında xidmətini bitirdikdən sonra yenidən öz işinə qayıdıb.

 

1979-cu ildən “Spartak” KİC RŞ-də təlimatçı, baş təlimatçı vəzifəsində çalışmışdır.

 

1987-ci ildə Həmkarlar İttifaqları idman cəmiyyətinin Bakı şəhər Şurasında baş təlimatçı, sonra da sədr müavini vəzifəsinə təyin olunmuşdur.

 

1992-ci ildə Azərbaycan Respublikası Dövlət İdman Komitəsində Kütləvi Bədən Tərbiyəsi və Sağlamlıq İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

 

1992-ci ildə AHİŞ İdman Sarayının direktoru təyin edilmişdir.

 


1992-1994-cü illər ərzində Azərbaycan Respublikası Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində idarə rəisinin müavini və sonradan idarə rəisi vəzifəsində çalışmışdır.

 

 

1994-cü ildən hal-hazırki vaxta kimi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində İdman İdarəsi (sonradan şöbəsi) rəisi  vəzifəsində çalışır.

 

AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Uşaq və Gənclər Futbol Federasiyasının prezidentidir.

 

“Bədən tərbiyəsi və idman əlaçısı” adına layiq görülüb.

 

Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2006-cı il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülmüşdür.

 

Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.


Digər xəbərlər

Xəbər xətti