"İnter" borclarını ödəyib

00:22 1 Aprel 2016

“İnter” klubu ilin ilk rübü ərzində paytaxt təmsilçisində görülmüş işlər barədə ətraflı məlumat yayıb. Klubun rəsmi saytının verdiyi xəbərə görə, məlumatda ötən mövsüm üzrə oyunçulara və məqçilərə olan borcların ödənildiyi qeyd olunub.
"Bu günə olan məlumata əsasən, ancaq iki futbolçunun borcu ödənməmiş qalır (bu da yalnız müqavilələrin ləğv edilməsi üzrə kompensasiyalardır).
Borclarımız olan bütün kontr-agentlərlə (təqribən 10) üzləşmə aktları və altı ay və ya hətta bir il möhlətinə ödəmək barədə yenidən razılaşmalar imzalanıb. Bu agentlərdən dördünə isə olan borclar tam bağlanıb.
Peşəkar Futbol Liqasına (PFL) olan borcun böyük hissəsi ödənilib, həmin borcun bir hissəsi teleyayım hüququna görə ayrılacaq vəsait hesabına, qalan hissəsi də möhlətlə mövsümün sonunadək bağlanacaq.
UEFA və FİFA-ya olan borclar (sanksiya cərimələri) tam ödənilib.
Şəxsi heyətə olan borclar qismən ödənilib, işdən azad olunan şəxslərə olan borclar da kompensasiya və yekun hesablaşmalar qismində tam bağlanıb. Sosial ödəmələr üzrə borclar artıq yoxdur".


Digər xəbərlər

Xəbər xətti