Qadın güləşçilərimizin mübarizəsi davam edir

12:02 1 Aprel 2016

Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. 

 


Sportarena.az xəbər verir ki, çempionatın üçüncü günündə mübarizəyə qoşulan qadın güləşçilərimiz 1 qızıl və 2 bürünc medal qazanıb. Tatyana Omelçenko (60 kq) qızıl, Almaz İsmayılova (55 kq) və Elis Manolova (69 kq) bürünc medala yiyələnib. 

 

Yarışların dördüncü günündə 53, 58, 63 və 75 kq çəkidə qadın güləşçilər mübarizəyə qoşulur. Azərbaycan güləşçiləri 2 çəkidə təmsil olunur. Komandamızı 53 kiloqram çəki dərəcəsində Leyla Qurbanova, 58 kiloqram çəki dərəcəsində isə Alyona Kolesnik təmsil edəcək.


Xəbər xətti