İbrahimoviç "Milan"a transfer olunacaq? - RƏSMİ

18:35 2 Aprel 2016

"Milan" klubunun vitse-prezidenti Adriano Qalliani İbrahimoviçin "rossionerlər"lə müqavilə bağlayacağı barəsində gəzən şaiyələri təkzib edib.

 

Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, vitse-prezident açıqlamasında "Milan" klubunun İbrahimoviç üçün olan məblaği ödəmək istəmədiyini bildirib.


"İbrahimoviç və onu kimi oyunçular elə əmək haqqına malikdilər ki, klub həmin məbləği ödəmək gücündə deyil.

Həqiqət ondadır ki, əvvəllər Seriya A oyunçular üçün bitiş nöqtəsi idi. Amma hal-hazırda bu çempionat böyük pullara aparan yolda birincidir".


Qeyd edək ki, bir müddət öncə İbrahimoviçin "Milan" klubu ilə razılığa gəldiyi barədə məlumatlar yayılmışdı.


Xəbər xətti