"Yuventus"dan rekord göstərici

11:05 3 Aprel 2016

Dünən İtaliya A Seriyasında 31-ci turun görüşləri keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu görüşdə 1:0 hesablı qələbə qazanan "qoca sinyora" klub tarixində rekorda imza atıb. Belə ki, "Yuventus"qapısından top buraxmadan ardıcıl 7 oyun doğma meydanda  qələbə qazanıb. Klubun bu göstəricisi ilk dəfə 1977/78-ci illər mövsümündə əldə etmişdi.

 

Qeyd edək ki, 31 turdan sonra "Yuventus" 73 xalla ilk pillədə qərarlaşıb. Onun ən yaxın izləyicisi olan "Napoli" isə 67 xalla 2-ci pillədə yerləşib. "Yuventus"dan 1 oyun az keçirən "Napoli" bu gün səfərdə "Udineziya"nın qonağı olacaq.


Xəbər xətti