İspaniya millisi də Bakıya gəlir

14:25 3 Aprel 2016

Bu ilin may ayında Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatına daha iki vəsiqənin sahibi müəyyənləşib.

Sportarena.az xəbər verir ki, İspaniya və Şotlandiya milliləri mayın 5-də start  götürəcək yarışda iştirak hüququ qazanıb.

Komanda elit-raundun 6-cı qrupunda Yunanıstanın ardından İslandiyanı da məğlub edib. Bununla da 2 turdan sonra 6 xal toplayan Fransa ən yaxın izləyicisi Avstriyanı 4 xal geridə qoyub və son turun nəticəsində asılı olmayaraq, qrup liderliyini təmin edib.

Qeyd edək ki,  artıq 16 iştirakçıdan 15-i məlumdur. Bundan əvvəl Danimarka, Serbiya, Ukrayna, İngiltərə,  Hollandiya, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Portuqaliya, İsveç, Fransa  və Belçika , eləcə də təşkilatçı Azərbaycan milliləri də bu hüquqa yiyələnib.


Xəbər xətti