Güləşçilərimizdən 2 qızıl, 2 gümüş və 1 bürünc medal

23:07 3 Aprel 2016

Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı başa çatıb. 

 

Sportarena.az xəbər verir ki, yarışların son günündə 61, 70, 86 və 125 kq çəkidə sərbəst güləşçiləri yarışıb. Güləşçilərimiz günü 1 gümüş və 1 bürünc medalla başa vurub. 

 

61 kq-da mübarizə aparan Zəlimxan Vəliyev ilk olaraq Türkiyədən Selim Kozan üzərində inamlı qələbə qazanıb. Ardınca Almaniya təmsilçisi Manuel Volferi üstələyən güləşçimiz yarımfinala yüksəlib. Yarımfinalda yerli idmançı Dimitar İvanova uduzan Zəlimxan bürünc medal şansını saxlayıb. Həlledici görüşdə güləşçimiz Ukrayna təmsilçisi Vadim Duxnodan üstün olub və çempionatın bürünc medalını qazanıb. 

 

70 kq çəki drəcəsində mübarizə aparan Hacımurad Ömərov bütün görüşləri qələbə ilə başa vuraraq finala yüksəlib. Final yolunda güləşçimiz Gürcüstandan Davit Buziaşvili, Moldovadan Nicolai Çireacov, yarımfinalda isəı Ukraynadan Vasil Mixailov üzərində qələbə qazanıb. Son görüşdə Hacımuradın rəqibi Rusiyada Rasul Arsanaliev olub. Gərgin keçən qarşılaşmada güləşçimiz zədələnsə də görüşü sona qədər davam etdirib. Minimal fərqlə rəqibinə uduzan Hacımurad Ömərov çempionatın gümüş medalına sahib olub. 

 

Ümumilikdə 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan sərbəst güləş yığmamız 49 xal toplayaraq komanda hesabında Rusiya (64), Gürcüstan (54) və Türkiyədən (51) sonra dördüncü pillədə qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti