Nazarov oynadı, komandası qələbə qazandı - VİDEO

11:33 4 Aprel 2016

Almaniya 2-ci Bundesliqasında 28-ci tura start verilib.

 


Sportarena.az xəbər verir ki,  millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" öz meydanında  "Münhen 1860" komandası ilə qarşılaşıb.

 

Oyun ev sahibi komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.  


Xatırladaq ki, Nazarov  matçın 74-cü dəqiqəsində meydana daxil olub.

 

Qeyd edək ki, "Karlsrue"  38 xalla  8-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti