Qara Qarayev: "Eşitdiyimə görə, kəndimiz işğaldan azad olunub"

23:45 4 Aprel 2016

Son günlərdə böyükdən kiçiyə kimi hamının əsas müzakirə mövzusu cəbhədə başverənlərdi. Fərqi yoxdu, istər siyasi, istərsə də idman dünyasında hamının diqqəti bu mövzudadı.
 
Maraqlıdı görəsən, futbol adamlarımızın son vaxtlar cəbhədə olanlarla bağlı fikirləri nədi? Ümumiyyətlə, onlardan kimsə silah-sursatdan atəş aça bilirmi?
 
 “Hamı döyüşdən, vuruşmaqdan danışır”
“Qarabağ”ın qarabağlı futbolçusu Qara Qarayev hazırda qızğın döyüşlərin getdiyi deyilən ərazidəndi. O, son vaxtlar başverənlələ bağlı bunları dedi: “Düzdü, silah-sursatdan başım çıxmır. Amma xidmət etməyi bacararam. Əmr gəlsə, birincilərdən olacam. Vətənin bu şərəfli günündə istəyərdim ki, orduya xeyrim dəysin. Sadəcə, məndən asılı olmayan səbəblər var. Eşitdiyimə görə, könüllülər də qəbul edilmir. Amma nə isə olsa, gedib vuruşacağıq. Bu gün meydandayıqsa, sabah cəbhədəyik. Mən Füzulinin Horadiz kəndindənəm. Eşitdiyimə görə, kəndimiz işğaldan azad olunub. Düzdü, dəqiq məlumat deyil. Kəndimizi xatırlamasam da, Lələtəpə yüksəkliyindən çəkilən kadrlara baxdım. Atam dedi ki, bura bizim kəndə gedən yoldu. Mənim üçün çox təsirli oldu. İnanıram ki, tezliklə hər şey bizim  istədiyimiz kimi başa çatar. Dualarımız ordumuzladı. Hamıda bir stimul var, hər kəs döyüşə getmək istəyir. Sevinirəm ki, millətimizdə bu cür ruh hələ də var. Yatmış hisslər oyanıb, hamı döyüşdən, vuruşmaqdan danışır. Bir azərbaycanlı kimi məni çox sevindirir. Belə qeyrətli oğullarla bizim qarşımızda heç kim dayana bilməz”.
 
“Müsəlləh əsgərəm, mən də bu gündən”
Əslən Laçın rayonundan olan və 1-ci Qarabağ müharibəsinin iştirakçısı, “Bakı”nın 56 yaşlı baş məşqçisi Novruz Əzimov da özünü müharibəyə hazır sayır: “Bu haqda çox danışılır. Ərazimizdə istədiyimiz vaxt əməliyyat keçirə bilərik. Buna haqqımız var, torpaqlarımızı düşməndən təmizləməliyik.  Buna düyna ictimaiyyəti və digər siyasətçilər heç nə deməməlidi. İnanıram ki, bu ruh yükəskliyi ilə istənilən tapşırığı yerinə yetirməyə hazırıq. 1-ci Qarabağ müharibəsinin iştirakçısıyam. Fərdi silahlardan – AKM, AKS-dən istifadə edə biliriəm. Həmçinin, RPQ-7dən (tank əleyhinə əl qumbaraatanı) də atəş aça bilirəm. Bunların hamısını müharibədə öyrənmişəm. Müharibədə olduğum müddətdə 1 erməni öldürdüyüm yadıma gəlir. Məni səhv başa düşməyin, torpağımı düşməndən müdafiə etmişəm. “Müsəlləh əsgərəm, mən də bu gündən”. İstənilən vaxt döyüşə hazıram. Bu, hər bir vətəndaşımızın borcudu.
 
“Bütün silahlardan istifadə etmişəm”
Azərbaycanlı futbolçular arasında əsgərlik çəkən tapmaq çətindi. Amma yox da deyil. Belələrindən biri də “Zirə”nin qapıçısı Kamal Bayramovdu: “Allah bütün şəhidlərimizə rəhmət etsin. Hamı kimi müharibəyə hazıram. Qardaşlarımız şəhidlik zirvəsinə ucalıb. Bu, hamıya qismət olmur. İstəmərəm analar gözüyaşlı qalsın. Amma bu gün gələcək nəsillərin bu ağrı-acını çəkməməsi üçün biz canımızdan da keçməliyik. Bu gün hamıda müharibəyə köklənmə görürəm. Müharibə olsa, çox tez müddətdə başa çatacaq, aylar-illərlə davam etməyəcək. Amma bu məsələnin sülh yolu ilə həlli məncə, daha yaxşı olardı. Mən 2004-cü ildə əsgərlikdə olmuşam. İlyarım vətənə xidmət etmişəm. Daxili Qoşunların (DQ) Qubada yerləşən N saylı hərbi hissəsində xidmət etmişəm. 5 ay Xüsusi Təyinatlı bölmədə qulluq etmişəm. Qalan müddəti isə 2-ci əməliyyat taborunun əməliyyat bölüyündə xidmət etmişəm. Demək olar ki, DQ-ya təhkim olunmuş bütün silahlardan istifadə etmişəm. Atıcılıq qabiliyyətim də yüksək səviyyədədi. İndiki müdafiə naziri o zaman DQ-da komandan idi. Onun təşəbbüsü ilə çavuş rütbəsindən baş çavuş rütbəsinə yüksəlmişəm”.
 
“Səfərbərlik olarsa, hamımız gedərik”
Futbolçu kimi 2005-ci ildə Ermənistanın “Pünik” klubunu məyus edən Vidadi Rzayev görəsən, düşməni döyüş meydanında da məyus etməyə hazırdımı? “Allah şəhidlərimizə  rəhmət eləsin. Bu torpaqlar nəvaxtsa alınmalıdı. Müharibə ilə verilibsə, eyni yolla da geri qaytarılmalıdı. Bugünə qədər bir qarış da torpaq alınmamışdı. Yaşıl meydanda düşmənə qarşı futbol oynamaqla döyüş meydanında vuruşmaq fərqli şeylərdi. Çünki futbolda ölüm-itim yox səviyyəsindədi. Futbol başqa, ölüb-öldürmək başqa... Əgər səfərbərlik olarsa, hamımız gedərik. Mən tez-tez ova da gedirəm. İnsan və heyvan öldürmək tamam fərqli şeylərdi. Amma qarşımda düşmən varsa, onu öldürməyin heç bir çətinliyi, problemi yoxdu. Ölməyə layiqdisə, ölməlidi. Onsuz ermənilər ovlanılan heyvanlara bərabərdi. Neçənci ildən görün bu müharibə davam edir. 1948-ci ildə Qərbi Azərbaycandan qaçqın düşmüşük. İrəvanı özlərinə paytaxt etdilər, amma daha Ağdama kimi gəlib, işğal etməkləri bir az ağ oldu”. (futbolinfo.az)


Digər xəbərlər

Xəbər xətti