Formula-1 Bakı Qran-prisinin vaxı dəyişdirildi - RƏSMİ

15:14 5 Aprel 2016

Bakda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-prisinin başlama saatının dəyişdirilməsi rəsmiləşib. 


Sportarena.az xəbər verir ki, bu barədə apasport.az saytına Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.
 


Belə ki, Azərbaycan Hökumətinin bu ildən etibarən yay vaxtına keçidin ləğv olunmasına dair qərarı ilə əlaqədar start bir saat önə çəkilib. Yeni vaxtla Qran-pri saat 17:00-da başlayacaq.
 


Avropa Qran-prisinin ilkin olaraq razılaşdırıldığı kimi saat 6-da keçiriləcəyi halda bu yarışın saat 8:14-də günün batmasına təsadüf edə biləcəyini, eyni zamanda, yay vaxtına keçidin ləğv olunduğunu nəzərə alan Formula Bir Rəhbərliyi (FOM) dəyişikliyi artıq təsdiq edib.
 


Yarışın başlama vaxtının dəyişdirilməsi saatı irəli çəkən ölkələrdə izləyicilərə təsir etməyəcək. Turnirin rəsmi açılışı Mərkəzi Avropa vaxtı ilə saat 15:00-da baş tutacaq. Bu yarış həmin saatda yekunlaşacaq 24 saat Le Manş rallisi ilə üst-üstə düşməyəcək.
 


BŞH-nin icraçı direktoru Arif Rəhimov bu xəbəri şərh edərkən bildirib ki, Formula Bir Rəhbərliyi ilə aparılan faydalı müzakirələrdən sonra həm yarışı canlı izləyəcək azarkeşlərimizin, həm də komandaların və pilotların marağına uyğun olaraq, yarışın yeni başlama vaxtını elan etməyə şadıq: “Bu vaxtı bir saat önə çəkməkdə məqsədimiz pilotların havanın qaralması ilə bağlı narahatlığını aradan qaldırmaq və 24 saat davam edən Le Manş rallisini evdə izləyən azarkeşlərimizin ralli yekunlaşan kimi televizorun pultunun düyməsinə toxunmaqla bu möhtəşəm şəhərdə ilk dəfə keçiriləcək “Formula-1” yarışına baxmasını təmin etməkdi. Fikrimizcə, bazar günü idman yarışlarını izləməyə davam etmək çox gözəl olacaq”.
 


Qeyd edək ki, yarış iyunun 17-19-da təsadüf edəcək. 


Digər xəbərlər

Xəbər xətti