Gimnastlarımız İtaliyada keçirilən Dünya Kubokunda iştirak edib

16:30 5 Aprel 2016

Həftəsonu İtaliyanın Pesaro şəhərində bədii gimnastika üzrə Dünya Kuboku və yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.

 

Sportarena.az xəbər verir ki, Dünya Kubokunda Azərbaycan həm qrup hərəkətləri komandası ilə, həm də fərdi çıxış proqramında təmsil olunub.

 

Çoxnövçülükdə 6-cı yeri qazanan Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Ayşən Bayramova və Elif Zeynep Celepdən ibarət olan qrup hərəkətləri komandası hər iki finala vəsiqə qazanıb. Finalda, qızlar 3 cüt gürz və 2 halqa ilə 7-ci və 5 lentlə isə 8-ci olublar.

 


Fərdi çıxış proqramında Marina Durunda finalda gürzlə çıxış edərək, 6-cı yeri tutub.

 


Yeniyetmələr arasında beynəlxalq turnirdə Azərbaycanı Zöhrə Ağamirova, İlahə Məmmədova və Veronika Hudis təmsil etdiblər.

 


Gürzlə final çıxışında medalın bir addımlığında dayanan Zöhrə Ağamirova ən yaxşı nəticə göstərib. Təsnifat mərhələsinin nəticələrinə görə, İlahə Məmmədova bu alət üzrə öz yerini qaydalara əsasən finalda hər ölkədən yalnız bir idmançının iştirakı mümkün olduğundan, Ukraynadan olan gimnasta verməli olub.

 

Veronika Hudis də iplə final mərhələsinə vəsiqə qazanaraq, 7-ci yerdə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti