Bakı Olimpiya Stadionunda AÇ-nin püşkatması keçiriləcək

23:39 5 Aprel 2016

Aprelin 8-də, Bakı Olimpiya Stadionunda UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016-nın püşkatma mərasimi keçiriləcək.

Tədbirdə AFFA-nın rəhbərliyi, Avropa və ölkə futbolunun tanınmış simaları, turnirin UEFA və Yerli Təkilat Komitəsinin üzvləri və digər rəsmi şəxslər iştirak edəcəklər.

Püşkatmadan sonra turnirin UEFA və Yerli Təkilat Komitəsinin rəhbərlərinin, çempionatda çıxış edəcək komandaların nümayəndələrinin iştirakı ilə brifinq təşkil olunacaq.

Bakı Olimpiya Stadionunun mətbuat konfransı zalı  saat 11:30-dan etibarən KİV nümayəndələrinin ixtiyarına veriləcək.


Digər xəbərlər

Xəbər xətti