Millimizin baş məşqçisi: "Heç-heçə bizi qane etmir"

10:58 6 Aprel 2016

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində keçirilmiş Azərbaycan – Polşa oyunundan sonra yığmamızın baş məşqçisi Patrisiya Qonzales AFFA-nın rəsmi saytına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi açıqlamasında bunları deyib:
 

 

“Oyunumuz barədə müsbət fikirlər söyləyə bilərəm. Futbolçularımız yaxşı oyun nümayiş etdirdilər. Əlbəttə, ümumilikdə, turnirin şərtlərini nəzərə alsaq, ilk oyunda heç-heçə bizi tam qane edən nəticə deyil. Bununla belə, futbolçularımızın oyununa 10 ballıq sistemlə ən yüksək qiymət – 10 bal vermək olardı. Qələbəyə çox yaxın olduq. Lakin yaratdığımız epizodları qola çevirə bilmədik.”


Xəbər xətti